Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Makron X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Pezeşkianla söhbətində bildirib ki, İran nüvə silahına malik olmamalıdır və onun hökuməti niyyətlərinin dinc xarakter daşımasına aydın təminat verməyə borcludur: "Prezident Pezeşkianla söhbət zamanı mən İranın nüvə proqramı ilə bağlı ciddi narahatlığımı bildirdim. Mənim mövqeyim aydındır: İran heç vaxt nüvə silahına malik olmamalıdır və o, öz hərəkətlərinin dinc xarakter daşıdığını sübut etməlidir. Əminəm ki, münaqişənin genişlənməsinin və daha ciddi təhdidlərin qarşısını almaq üçün yol var ".
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.