AZ

Azərbaycan gələn il İƏT-ə sədrliyi təhvil alacaq

Bakı. Trend:

Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyitəhvil alacaq.

Trend xəbər verir ki, bunu xarici işlər naziriCeyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasınınİstanbul şəhərində keçirilən 51-ci sessiyasında çıxışı zamanıbildirib.

Çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərinfonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit vətəhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habeləpostmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.

Çıxışı zamanı nazir Ceyhun Bayramov lqarşıdan gələn İƏT sədrliyimünasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizinTürkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunubildirib.

Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslamdünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixifürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Seçilən
134
8
az.trend.az

5Mənbələr