Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumlarını İkinci Dünya Müharibəsini alovlandıran Hitlerin hərəkətləri ilə müqayisə edib.
Musavat.com xəbər verir ki, bu barədə o, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə bildirib.
"90 il əvvəl Hitler İkinci Dünya Müharibəsini başlatdı. Bu gün Netanyahu eyni yolla gedir. Biz İranın qalib gələcəyinə əminik", - Ərdoğan bildirib.
Musavat.com