“Atalanta”nın sabiq futbolçusu Yosip İliçiç Sloveniyanın “Koper” klubuna keçib.
Msportu.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İliçiçin son komandası Sloveniyanın digər təmsilçisi “Maribor” olub.
37 yaşlı oyunçu karyerası ərzində “Benfika”, “Palermo”, “Fiorentina” kimi klublarda çıxış edib.
O, Sloveniya millisində 86 oyunda 17 qol vurub.