Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə, Tehran tərəfindən irəli sürülən nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların bərpasının, bu mübahisənin və İsrail ilə olan münaqişənin həlli üçün yeganə yol olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidentinin administrasiyasından verilən məlumata görə, Ərdoğan, İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində görüşüb.
Prezidentin ofisinin açıqlamasında qeyd olunur ki, Ərdoğan, İsrailin hücumları dərhal dayandırılması gərəkdiyini bildirib.
Ərdoğan, Türkiyənin nüvə danışıqlarının bərpasında vasitəçilik etməyə hazır olduğunu vurğulayaraq: "İran və ABŞ arasında diplomatiyanı yenidən başlatmaq üçün texniki danışıqlar və liderlər səviyyəsində danışıqlar aparmaq üçün addımlar atılmalıdır," - deyə əlavə edib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.