AZ

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı növbəti paylaşım edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” hesabında paylaşıb edib.
 
Moderator.az xəbər verir ki, paylaşımda deyilir:
 
"Diplomatik heyətlə Laçına səfərimiz Azərbaycan Hava Yollarının “Bakı-Laçın” birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi də Ağdam-Bakı dəmir yolu xətti ilə Bakıya qayıdırıq".
 
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
 

 

Seçilən
2
10
moderator.az

10Mənbələr