AZ

Hikmət Hacıyevdən daha bir paylaşım - VİDEO

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” hesabında paylaşım edib.

 

Pravda.az xəbər verir ki, paylaşımda deyilir:

 

“Diplomatik heyətlə Laçına səfərimiz Azərbaycan Hava Yollarının “Bakı-Laçın” birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi də Ağdam-Bakı dəmir yolu xətti ilə Bakıya qayıdırıq”.

 

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

 

 

Tarix: 21 İyun 2025, 20:25   
Seçilən
3
27
pravda.az

10Mənbələr