AZ

Bakıda UFC turnirinə start verildi

Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turnirinə start verilib.

Publika.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan yarışda ilk olaraq 6 qarşılaşma baş tutacaq.

Hazırda ağır çəkidə Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya) görüşü başlayıb. Əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

“UFC Fight Night”ın görüşləri

İlkin döyüşlər

Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)

Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)

Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)

Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)

Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)

Seçilən
0
41
publika.az

10Mənbələr