AZ

Bakıdakı UFC turnirində ilkin döyüşlər başa çatıb

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilkin görüşlərə yekun vurulub.

“İki sahil” xəbər verir ki, altıncı qarşılaşmada Sok Hyön Ko (Cənubi Koreya) Oban Elliottla (Uels) üz-üzə gəlib.

Yarım orta çəkidə üç raund davam edən dueldə asiyalı idmançı qalib gəlib.

Beləliklə, “UFC Fight Night”ın ilkin döyüşləri başa çatıb.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-dan sonra start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Seçilən
1
6
ikisahil.az

5Mənbələr