Bakıda UFC döyüş gecəsinə start verilib.
Axar.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin ilk görüşündə ağır çəkidə mübarizə aparan Hamdi Abdel Vahab (Misir) və Muhammad Usman (Nigeriya) üz-üzə gəliblər.
Gərgin və maraqlı keçən döyüş nigeriyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Turnirin ikinci görüşü super yüngül çəkidə çıxış edən rusiyalı Taqir Ulanbekov ilə qazaxıstanlı Maksum Azat arasında olub. Üç raundun sonunda rusiyalı idmançı qələbəyə sevinən tərəf olub.
Qeyd edək ki, gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar, müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.