AZ

UFC: Nazim Sadıxov rəqibinə nokautla qalib gəlib

Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin səkkizinci görüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən görüşdə Azərbaycan təmsilçisi ikinci raundda nokautla rəqibini məğlub edib.

Gecənin əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. İkinci ən vacib döyüş Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçisi Tofiq Musayev də oktaqona çıxacaq. O, qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaq.

Seçilən
8
3
sia.az

10Mənbələr