AZ

Millimiz Moldova yığmasına yenə QALİB GƏLDİ

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.


Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan (U-16) – Moldova (U-16) - 2:1

Qollar: Şikar Şikar, 58; Ömər Kosayev, 89 - Damian Xanqan, 69

Qırmızı vərəqə: David Ostafi, 82

Bizim.Media

Seçilən
4
9
bizim.media

10Mənbələr