AZ

Husilər: İrana hücum etsə, ABŞ-nin gəmilərini vuracağıq

BAKI, 21 iyun. TELEQRAF

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-nin Tehrana hücum edəcəyi təqdirdə Qırmızı dənizdəki Amerika hərbi gəmilərinə hücum edəcəklərini bəyan edib.

Teleqraf xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi açıqlamada bölgədəki hadisələri izlədiklərini və İranı müdafiə etmək üçün lazım olan “qanuni” addımları atacaqlarını bildirib.

Husi bildirib ki, İsrail regionda tam nəzarəti ələ keçirməyə çalışır, ABŞ-ın dəstəyi və ortaqlığı ilə öz planını həyata keçirmək istəyir: "Bu plana ən böyük maneə İrandır. ABŞ-ın İrana qarşı hər hansı hücumu İsrailin bölgədə nəzarəti bərqərar etmək məqsədinə xidmət edir və bu qəbuledilməzdir. Çünki bu, İslam ümmətinin müstəqilliyini və ləyaqətini əlindən almaq, onları əsarət altına almaq, alçaltmaq, vətənlərini işğal etmək və sərvətlərini talamaq deməkdir".

Seçilən
25
1
teleqraf.com

2Mənbələr