Azərbaycan iyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında 39 güləşçi ilə təmsil olunacaq.
Reqlamentə əsasən, ölkələr hər növdə 13 idmançı ilə təmsil oluna bilər. 2022-ci ildən bu yana sərbəst və yunan-Roma güləşində U-15 Avropa çempionatlarında tam heyətlə mübarizə aparırdıqsa, bu dəfə qadın güləşində də tam heyətlə təmsil olunacağıq.
Məsul yarışa sərbəst güləşçilər start verəcək. İyunun 26-da qızlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə yunan-Roma güləşçiləri yekun vuracaq.
Yarışı idarə edəcək hakimlər sırasında III kateqoriyaya sahib Kənan Hacıəliyev və Sevinc Yusibova da yer alacaq.
M.HACIXANLI
XQ