İyunun 21-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, sınaqdan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
102 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
Qeyd edək ki, rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Yeniyetmələr arasında Liqa yarışının II turunun ikinci yarış günü keçirilib
Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək
Təmsilçimiz dünya çempionatını medalsız başa vurdu
Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub
Təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq