AZ

İranın İsfahandakı nüvə obyektinə bir həftə ərzində ikinci dəfə zərbə endirilib - BAEA

Bakı. Trend:

İsrail İranın İsfahandakı nüvə obyektinə bir həftə ərzindəikinci dəfə zərbə endirib və ərazidəki çoxsaylı binalara böyükziyan vurulub.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Atom EnerjisiAgentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi deyib.

BAEA-dan bildiriblər ki, İsfahan obyekti ilkin olaraq iyunun13-də vurulub, nəticədə mərkəzi kimya laboratoriyası, uranınçevrilməsi zavodu, reaktor yanacağı zavodu və zənginləşdirilmişuran metalının emalı üçün tikilməkdə olan obyekt daxil olmaqla dördbina zədələnib. Həmin vaxt obyektdən kənarda radiasiya səviyyəsininartması barədə məlumat verilməyib.

BAEA həmçinin bugünkü hücumların hədəfləri arasında İsfahanərazisindəki sentrifuqa istehsalı müəssisəsinin olduğunutəsdiqləyib.

Qrossi qeyd edib ki, zərbələrə məruz qalan ərazilərdə ya nüvəmaterialı yoxdur, ya da yalnız kiçik miqdarda təbii və ya aşağızənginləşdirilmiş uran var və buna görə də hər hansı potensialradioaktiv çirklənmə zədələnmiş və ya məhv edilmiş tikililərləməhdudlaşır.

"İranın nüvə proqramının əsas yerlərindən biri olan İsfahandakıbu nüvə kompleksi dəfələrlə hücuma məruz qalıb və ciddi zədələnib.Mövcud nüvə materialının təhlilinə əsasən, biz obyektdən kənardahər hansı çirklənmə riski görmürük. Yenə də dəfələrlə qeyd etdiyimkimi, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir", - deyəR.Qrossi qeyd edib.

Seçilən
28
az.trend.az

1Mənbələr