ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, E və F qruplarında 2-ci tura yekun vurulub.
Əvvəlcə Braziliya "Fluminense"si Cənubi Koreyanın "Ulsan Hende" kollektivi ilə üz-üzə gəlib. Altı qolun vurulduğu görüşdə cənubi amerikalılar rəqibini üstələyib.
Argentinanın "River Pleyt" komandası isə Serxio Ramosun çıxış etdiyi Meksika "Monterrey"i ilə qarşılaşıb. Matç başladığı kimi bitib.
Klublararası dünya çempionatı
E qrupu
"River Pleyt" (Argentina) - "Monterrey" (Meksika) 0:0
F qrupu
"Fluminense" (Braziliya) - "Ulsan Hende" (Cənubi Koreya) 4:2
Qollar: Arias, 27. Nonato, 66. Freytes, 83. Keno, 90+2 - Li Cin Hen, 37. Um On-Sanq, 45+3.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.