AZ

İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi

ABŞ-ın İrana endirdiyi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.

Publika.az xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir” - İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədrinə və təşkilatın Baş katibinə ünvanladığı məktubda deyilir.

Seçilən
3
20
publika.az

10Mənbələr