Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək «Karvan»da çalışacaq məşqçilərin böyük qismi müəyyənləşib. «Kəpəz»in sabiq sükançısı Azər Məmmədov bundan sonra Kənan Kərimovun əsas köməkçisi olacaq. Ötən ilin yayında «Qəbələ»dən dəvət edilmiş Zaur Hacıyev də buradakı işini davam etdirəcək. «Neftçi»nin qapıçılar üzrə sabiq məşqçisi Hüseyn Məhəmmədov da Yevlaxt təmsilçisində işləyəcək. Həmçinin korpusa fiziki hazırlıq üzrə yardımçının daxil edilməsi gözlənilir. Böyük ehtimalla, həmin mütəxəssis ölkə xaricindən seçiləcək.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta