AZ

Britaniya ABŞ-nin İrana hücumunda iştirak etməyib

Böyük Britaniya ABŞ-ın İrana hücumunda iştirak etməyib.

Viral.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət üzrə dövlət naziri Conatan Reynolds “Sky News“a bildirib.

Conatan Reynolds Britaniya hökumətinin ABŞ-ın İrana hava zərbələri endirmək planlarından xəbərdar olduğunu, lakin hərbi əməliyyatda iştirak etmədiyini deyib.

Son Yazılar:

“Mən sizə dəqiq nə vaxt bildiyimizi deyə bilmərəm, amma gözlədiyiniz kimi bu addım haqqında əsas müttəfiqimiz tərəfindən məlumatlandırıldıq”, – Reynolds qeyd edib.

O həmçinin vurğulayıb ki, ABŞ tərəfindən Böyük Britaniyaya Hind okeanındakı “Dieqo Qarsiya” hərbi bazasından istifadə ilə bağlı heç bir rəsmi tələb daxil olmayıb.

Seçilən
11
8
viral.az

8Mənbələr