AZ

Tanınmış müğənnidən ŞOK ETİRAF: “Süd vəzilərimi...” - FOTO

Həm şəxsi həyatı, həm də səmimi açıqlamaları ilə tez-tez gündəmə gələn müğənni İrem Derici bu dəfə estetik əməliyyatla bağlı etirafı ilə sosial mediada gündəm olub.

Musavat.com xəbər verir ki, Derici “Instagram” hesabında keçirdiyi sual-cavab zamanı izləyicisinin estetik əməliyyatla bağlı sualını cavablandırıb.

“Bacı, süd vəzilərimi əməliyyat etdirəcəyəm, sən heç peşman olmusan?” sualına İrem belə cavab verib:

“Bəli, peşmanam. Ən qısa zamanda kiçiltməyə hazıram. Əməliyyat etdirəndə 45 kilo idim, indi 58”.

Bu səmimi açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkən sənətçiyə izləyicilərindən dəstəkləyici rəylər gəlib.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr