Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Las-Veqasda keçiriləcək "Freestyle Chess Grand Slam"a vəsiqə uğrunda üçüncü mərhələsinin seçmə turnirində iştirak edib.
"Unikal" xəbər verir ki, 1/4 finalda ukraynalı Martin Kravtsivlə qarşılaşan qrossmeysterimiz 0:2 hesabı ilə uduzub.
Seçmə turnirin qalibi amerikalı Hans Nimman olub. O, finalda belaruslu Denis Lazaviki məğlub edib.
Qeyd edək ki, Las-Veqasda Maqnus Karlsen də daxil olmaqla 14 şahmatçı mübarizə aparacaq.