Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Moskvayasəfər edəcək.
Trend-inməlumatına görə, bunu nazirin özü bu gün İstanbulda keçirilənmətbuat konfransında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya prezidentiVladimir Putinlə görüş təşkil olunacaq və müzakirə aparılacaq.
Araqçi deyib ki, İran son 2-3 ay ərzində ABŞ ilə dolayımüzakirələr prosesi haqda Rusiya və İranı müntəzəm şəkildəməlumatlandırıb. İran Rusiya ilə lazımi bütün məsələlər barədəməsləhətləşmə aparıb və öz mövqelərini koordinasiya edib. Rusiyakeçmiş nüvə anlaşmasında (JCPOA) iştirak edən və İranla müzakirəaparan tərəflərdən biri hesab olunur.
İran xarici işlər naziri əlavə edib ki, Rusiya BMT TəhlükəsizlikŞurasının daimi üzvlərindən biri olaraq beynəlxalq proseslərdəönəmli rola sahib ölkədir.
“İran bilir ki, Rusiya Çin ilə əməkdaşlıq edərək İran əleyhinədüşmənçilik hərəkətlərinin qarşısının alınması məqsədilə BMTTəhlükəsizlik Şurasına qətnamə verməyə çalışır”, - deyə o qeydedib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.