AZ

ABŞ İranın nüvə obyektlərini vurdu – Video

Bu gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən strateji nüvə obyektlərinə hücum edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki hesabında yayımlanan bəyanatda bildirib.

Hərbi mənbələr bildirir ki, ABŞ ordusu əməliyyatda “GBU-57” tipli bunker-buster bombalarından istifadə edib. Bu bombalar yerin 60 metr dərinliyindəki möhkəmləndirilmiş obyektləri belə dağıtmaq gücünə malikdir. Fordo, Natanz və İsfahan kimi İranın nüvə proqramının əsas mərkəzlərinin hədəf alınması regionda böyük gərginlik yaradıb.

ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumunun görüntülərini təqdim edirik:

Seçilən
17
50
infoaz.ws

10Mənbələr