AZ

Lamin Yamalın adı porno aktrisa ilə hallandı

“Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, yeniyetmə sağ cinah hücumçusu Lamin Yamalın adı porno aktirsa Klaudia Bavellə hallanır.

Arena.az “Sportskeeda” dərgisinə istinadən məlumat verir ki, Bavel özü Yamalın ona “girişmək” istədiyini açıqlayıb:

“Mənim, ondan minlərlə ismarışım var ki, məzmununda məni, yaşadığı yerə gəlməyə, özünün təşkil etdiyi qapalı axşam məclislərinə getməyə dilə tutur. Məndə, hətta azyaşlı olmasına rəğmən, onunla olmağa utanmamağım üçün icazə verməsinə dair səsləndirdiyi audioyazılar var.

Mən ona minlərlə ismarış göndərmişəm ki, yetkinlik yaşına çatmamış kəslə görüşmək istəmirəm. Bu yaxınlarda o, mənə təhdidlərlə yazıb ki, mən aramızdakılar haqda heç nə danışmayım. Baxın da, bir özünüz bunu təsəvvür edin”, deyə Bavel vurğulayıb.

Xatırladaq uzun müddət Klaudia Bavelin adı İspaniya yığmasının keçmiş qapıçısı İker Kasilyasla hallanıb. Cütlüyün eşq macərası yaşadığı iddia edilirdi.

Əlavə edək ki, Klaudianın özü böyüklər üçün filmlərdə çəkilməsi ilə ad çıxarıb.

Seçilən
83
13
arena.az

7Mənbələr