Solo səyahət getdikcə daha populyarlaşır, lakin bu kateqoriyaya aid səyyahlar üçün ən vacib məsələlərdən biri səyahət zamanı təhlükəsizlikdir. Xüsusilə də qadınlar üçün.
Bakıvaxtı.az xəbər verir ki, "TikTok"da səyahət bloqu işlədən amerikalı Savanna Krouell izləyiciləri ilə özünü ən az təhlükəsiz hiss etdiyi ölkələr barədə təəssüratlarını bölüşüb.
Səyyahın sözlərinə görə, ən böyük təhlükə əlamətini o, dünyada ən çox turist qəbul edən ölkə olan Fransaya verir. Savanna bu ölkədə qaldığı zaman başına gələn bir neçə narahatlıq verici vəziyyətdən şikayətlənib.
"Parisdə ilk solo səyahətim zamanı Luvrda "petisiyalı fırıldaqçılar" tərəfindən az qala aldadıldım", deyə qadın bildirib.
Bu insanlar özlərini xeyriyyə təşkilatlarının nümayəndələri kimi göstərir və turistlərdən hansısa xeyriyyə işi üçün pul almağa çalışırlar. Savanna şikayət edib ki, onlardan uzaqlaşmağa çalışdıqda bu fırıldaqçılar çox aqressiv davranmağa başlayıblar.
Başqa bir xoşagəlməz hadisə Fransız Rivyerasında gözəl bir şəhər olan Nitsada baş verib. Turist küçədə tək gəzərkən kolların arasında əlində ucu bizli çubuq olan bir kişi peyda olub və onu küçə boyunca təqib etməyə başlayıb, nəhayət çubuğu ona atıb və gülüb.
Savannanın xoşagəlməz təəssüratlar qaldırdığı ikinci ölkə Meksika olub:
"Bir dəfə çimərlikdə bir kişi ilə xoşagəlməz bir vəziyyət yaşadım. Oturub öz işimlə məşğul idim, o mənə çox yaxınlaşdı və çox narahat suallar verməyə başladı - məsələn, harada qaldığımı, nə qədər qalacağımı. Sadəcə çox yapışqan suallar idi və daxili səsim mənə deyirdi: "Mən bu vəziyyətdən çıxmalıyam".
Nəhayət, yapışqan çimərlik qonşusunun üzməyə getdiyi anı gözləyib, bütün əşyalarını götürüb və oradan qaçıb.
Qadın izləyicilərinə danışdığı üçüncü ölkə Nikaraqua olub - Sakit okean və Karib dənizi arasında yerləşən kiçik Mərkəzi Amerika dövləti. Savanna orada hər yerdə özünü narahat hiss edib:
"Görünürdü ki, küçədə hara getsəm, yanımdan keçən hər kişi bir şey deməli idi və ya səs salırdı - məni narahat edən bir şey"./Qaynarinfo