AZ

İran rejimi onsuz da gedəcək, lakin ABŞ-ın özünün də mənəvi-siyasi və xarizmatik məhvolma prosesi başladı...


İyunun 20-də səhər tezdən statusumda yazdığım kimi oldu - Tramp iyunun 21-də sübh çağı İranın nüvə zavodlarını vurdu. 13 tonluq 6 ədəd bunker bombası B-2 təyyarələri ilə Fordo nüvə zavoduna, 30 ədəd "Tomoqafk" raketi isə İsfahan və Natanz zavodlarına atıldı...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Netanyahu bu hadisəni tarixi dəyişdirəcək hadisə kimi qiymətləndirsə də, əslində ABŞ-ın dünyada mənəvi-siyasi və xarizmatik məhv olma prosesinin başlanğıcıdır.

İran rejimi təbii ki, qeyri-təbii və insan haqları kimi dəyərlərlə uyğunlaşmaz rejim kimi daimi mövcudluq haqqına və gücünə malik deyil və onun mövcudluğu bütün hallarda uzun sürməz... Sürməyəcək də və İran xalqının iradəsi ilə dəyişdiriləcək...

Lakin ABŞ-ın beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə təcavüzü və zorakı saymazlığı da göz qabağında faktdır. Trampın hakimiyyətə gələndə "mən müharibələr üçün yox, müharibələrə son qoymaq üçün gəlmişəm" sözlərinin heç bir dəyəri olmayan ritorikaya çevrilməsi cəhənnəmə... Tramp bilər, Amerika xalqı bilər...

Ancaq çox populyar olan çoxqütblü dünya nağılları artıq bitmiş hesab oluna bilər. Çin, Rusiya, Şimali Koreya kimi ölkələrin ABŞ-a qarşı dirənişləri böyük sürətlə artacaq... ABŞ-ın sülhsevər dövlət olmasına bundan sonra uşaq da inanmaz. Əksinə, müşahidələr göstərir ki, Rusiyanın sülh siyasətində səmimiyyət potensialı getdikcə ABŞ-ı üstələyəcək...

ABŞ-ın imici bitdi. Bu dövlət köhnə dünyanın düzənini yeni "hegemonluq düzəni" ilə əvəzləmək istəyir. Dünyada heç də bütün ölkələrin bu iddia ilə barışmayacağı aydındır. Yəqin ki, bir tərəfdə ABŞ və onun özü kimilər, digər tərəfdə isə Rusiya, Çin və yeni iddialı ölkələr olmaqla dünyada "İKİ QÜTB" sürətlə möhkəmlənəcək. Bu dövrün dünya ölkələrinə mühüm mesajlarından biri belə olacaq: "ABŞ hüquq, demokratiya, insan haqları məsələsində daha dünyaya nümunə ola bilmız".

Trampın bu hərəkəti Trümenin 1945-ci ildə Yaponiyaya atdığı 2 atom bombası kimi mürtəce faktdır... Trümenin addımı nisbətən yüngül sayıla bilər. Çünki o zaman hamının qəbul etdiyi beynəlxalq hüquq deyilən bir şey yox idi. Tramp isə beynəlxalq hüquqa açıq şəkildə tüpürdü...

Heç bir dövlət sonsuza kimi güclü olammaz.

Belə olsaydı, Roma imperiyası yıxılmazdı, Osmanlı heç yıxılmazdı...

Tahir TAĞIYEV

Seçilən
9
baki-xeber.com

1Mənbələr