İyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin Rusiyanın Sum şəhərini ələ keçirmək cəhdini istisna etməyib. Moderatorun Rusiya ordusunun Ukrayna ərazilərindən kənarda irəliləməsi ilə bağlı Putin deyib: "Dəfələrlə demişəm ki,mən rus və ukrayna xalqlarını əslində bir xalq hesab edirəm. Bu mənada bütün Ukrayna bizimdir".
Putin: Rus əsgəri ayağını hara basarsa, ora bizimdir
Ukraynadakı müharibə haqqında danışmağa davam edən Putin “qədim qayda” adlandırdığı bir ifadəni dilə gətirib. “Bizim qədim qaydamız var: rus əsgərinin ayağı hara dəysə, ora bizimdir. Eyni zamanda, Rusiya prezidentinin sözlərinə görə, Kreml “Ukraynadan təslim olmağı tələb etmir”: “Biz yerlərdə yaranmış reallıqları tanımaqda israrlıyıq”.
Putin Sumu ələ keçirmək cəhdini istisna etməyib
Prezidentin sözlərinə görə, Rusiya ordusu Sum vilayətində 10-12 kilometr irəliləyib. "Səkkiz, on, on iki kilometr. Daha sonra Sum şəhəri var. Regional mərkəz. Sumu almaq. kimi bizim vəzifəmiz yoxdur - Amma prinsipcə bunu istisna etmirəm", - deyə Putin bildirib.
Surxay Əliyev