UFC-nin məğlubedilməz sabiq çempionu, qarışıq döyüş sənətləri üzrə dünya şöhrətli idmançı Həbib Nurməhəmmədov Bakıya səfər edib.
O, tanınmış azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun şəxsi qonağı olub.
Bu barədə Emin Ağalarov öz sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.
Paylaşımda Həbiblə birlikdə çəkilmiş görüntülər və səmimi görüş anları yer alıb.