AZ

Kürdəxanı sakini televiziya və müğənniləri tənqid etdi: "Ancaq boşanmalar təbliğ olunur!"

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Kürdəxanı sakini İlyas Zülfüqarovdur.

İlyas bəy müasir televiziya kanallarında yayımlanan verilişləri tənqid edib. Onun sözlərinə görə, indiki əksər televiziya kanallarında boşanmalar təbliğ olunur: "Proqramda qıza hücum edirlər ki, boşansın. O adamların ağılları yoxdur ki, efirə çıxırlar. Baxırsan, 70 yaşında kişidir, verilişə çıxıb qızından, oğlundan danışır. O vaxtlar belə şey var idi?! Efir xatirinə çıxıb özlərini göstərirlər".

Kürdəxanı sakini müasir müğənniləri də tənqid edib. O bildirib ki, bu gün bəzi müğənnilər səhnədə qeyri-ciddi hərəkətlər edirlər: "Əvvəlki ifaçılar daha nümunəvi idilər. İndikilər isə artıq hərəkətlərə çox yer verirlər. Bu dövrdə bayağı mahnıların sayı da artıb".

Seçilən
0
1
far.az

2Mənbələr