AZ

İran hücumlarımıza cavab versə ABŞ özünü müdafiə etməyə hazırdır - Pentaqon rəhbəri

BAKI, TurkicWorld

İranın cavab vermək qərarına gələcəyi təqdirdə, ABŞ özünü müdafiə etməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“İranın hər hansı bir hücumuna, zərurət yaranarsa, cavab verəcəyik. Dünyanın ən güclü silahlı qüvvələri bizi müdafiə etməyə hazırdır” – deyə, Pentaqon rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Seçilən
16
22
turkic.world

10Mənbələr