AZ

Qazaxıstanın Xarici İşlər Nazirliyi Qəzza sakinlərinin ölkəyə köçürülməsi ilə bağlı məlumatı təkzib edib

Azertag saytına istinadən ain.az xəbər verir.

Astana, 22 iyun, AZƏRTAC

Qazaxıstan Xarici İşlər Nazirliyi Qəzza zolağı sakinlərinin Qazaxıstan, Özbəkistan və Tacikistana köçürülməklə təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

AZƏRTAC “StopFake” resursuna istinadla xəbər verir ki, yalan məlumatda mərhələli təxliyənin 2026-cı ildə başlayacağı iddia edilib.

“Bu məlumat həqiqətə uyğun deyil. Sizdən yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, - deyə Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
5
azertag.az

6Mənbələr