AZ

Onlayn şəkildə paltar sifariş edən qadını belə aldatdılar – TƏFƏRRÜATLAR – VİDEO

Onlayn şəkildə paltar sifariş edən qadın aldadılıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Quba rayon sakini Nərmin Abdurəhmanovanın başına gəlib.

O bildirir ki, bir neçə gün əvvəl “TikTok” sosial şəbəkəsində gördüyü geyim səhifəsinə müraciət edib və ödənişi edərək paltar sifariş verib. Lakin bir neçə gün sonra Nərmin Abdurəmanova həmin səhifəyə çatdırılma ildə bağlı yenidən yazsa da, ona cavab verilməyib.

Nərmin Abdurəhmanova onu da bildirir ki, həmin səhifəyə başqa nömrələrlə yazıb və ona həmin səhifədəki mağazanın Gəncə şəhərində fəaliyyət göstərdiyi bildirilib.

Şikayətçi onu da bildirir ki, əgər həmin səhifə pulu qaytarmasa, hüquq-mühafizə orqanlarına müraciət edəcək. Biz də sözügedən səhifə ilə əlaqə yaratmağa çalışdıq.

Qeyd edilən nömrəyə zəng çatmadı. Votsapda isə mesaj çatsa da, cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
12
1
nocomment.az

2Mənbələr