AZ

İrana hücumun detalları açıqlandı - 125-dən çox təyyarə...

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, əməliyyat nə ölkə qoşunlarına, nə də mülki şəxslərə qarşı yönəlib.

O, hücumun uğurlu olduğunu qeyd edib və İranın nüvə proqramının “məhv edildiyini” vurğulayıb.

Hegset bildirib ki, ABŞ prezident Donald Tramp bunu deyən kimi hücum etmək üçün həftələrdir əməliyyata hazırlaşır.

"Prezident Trampın planlaşdırdığı əməliyyat cəsarətli və parlaq idi, dünyaya Amerikanın çəkindirmə qabiliyyətinin geri qayıtdığını göstərdi. Prezident danışanda dünya qulaq asmalıdır", - Pentaqon rəhbəri bildirib. 

Hegset vurğulayıb ki, ABŞ-ın zərbələrinin məqsədi İranda rejim dəyişikliyi deyil. O əmin edib ki, əsas məqsəd sülhə nail olmaqdır. Pentaqon rəhbəri həmçinin bildirib ki, hücumda 125-dən çox təyyarə iştirak edib. Bunlardan yeddisi B-2 bombardmançıları olub.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə: 80 metrdən çox dərinlikdə yerləşən Fordo uranın zənginləşdirilməsi zavoduna, həmçinin Natanz və İsfahandakı obyektlərə hücum edib. İran nüvə obyektlərinin ABŞ-nin hücumundan əvvəl boşaldıldığı üçün radiasiya ilə çirklənmə təhlükəsinin olmadığını bildirib.

Seçilən
9
50
modern.az

10Mənbələr