Rusiya Federasiyası, Çin və Pakistan ABŞ-ın İrana hücumlarını pisləyib və BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsində atəşkəs tələb ediblər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadla məlumat yayıb.
Sənəddə vurğulanıb ki, bu cür hücumlar qlobal sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bundan əlavə, Rusiya, Çin və Pakistan dərhal atəşkəs əldə olunmasını tələb edib və diplomatik yolla nizamlanmaya çağırıb.
Bütün çoxtərəfli və birtərəfli sanksiyaların ləğvi müqabilində İranın dinc nüvə proqramına zəmanət verilməsi təklif edilir.