AZ

Qubada minik avtomobilləri toqquşub: ölən və yaralananlar var

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, “Opel” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumatlara əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
2
apa.az

3Mənbələr