AZ

Türkiyə ABŞ-ın İranı bombalamasına kəskin münasibət bildirdi: “Qlobal fəlakət ssenarisi...”

Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı 22 iyun 2025-ci ildə həyata keçirdiyi genişmiqyaslı hava zərbələrinə dair rəsmi bəyanat yayıb. Açıqlamada qeyd olunur ki, ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən hücum bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

Rəsmi Ankaranın bəyanatında deyilir:

“Biz regionda İsrailin təcavüzü ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin pozulması təhlükəsi barədə dəfələrlə xəbərdarlıq etmişik. Bu gün (22 iyun) ABŞ tərəfindən İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücum bu riski ən yüksək səviyyəyə qaldırıb.”

Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən dərin narahatlıq ifadə edib və bunun regional qarşıdurmanı qlobal miqyasda böhrana çevirə biləcəyi barədə xəbərdarlıq edib. Bildirilir ki, bu ssenarinin reallaşması istənilməz nəticələr doğura bilər.

Nazirlik, tərəfləri məsuliyyətli davranmağa, hücumların qarşılıqlı eskalasiyasına yol verməməyə və yeni itkilərin qarşısını almağa çağırıb.

Eyni zamanda, Türkiyə İranın nüvə proqramı ilə bağlı yaranmış mübahisələrin yeganə həll yolunun danışıqlar masası olduğunu vurğulayıb:

“Biz beynəlxalq ictimaiyyəti İran və ABŞ arasında diplomatik həll yollarının tapılmasına yönələn təşəbbüsləri dəstəkləməyə çağırırıq.”

Türkiyə öz üzərinə düşən vəzifələri yerinə yetirməyə və bu məsələdə konstruktiv rol almağa hazır olduğunu bəyan edib.

Musavat.com

Seçilən
4
20
musavat.com

10Mənbələr