Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər.
Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə CBS telekanalında dövlət katibi Marko Rubio bildirib.
“İran boğazı bağlamaq qərarına gəlsə, ilk qəzəblənən çinlilər olacaq - onlar buradan keçən neftdən asılıdırlar”, - diplomat qeyd edib.
O əlavə edib ki, Tehranın belə bir addımı genişmiqyaslı eskalasiyaya səbəb olacaq və buna təkcə ABŞ deyil, digər dövlətlər də cavab verəcək.
Qeyd edək ki, İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.