Son illərdə ikinci əl geyimlərə tələbat kəskin şəkildə artıb.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, təkcə bu cür mağazalarda malların daha ucuz olması ilə deyil, həm də brend geyimlər tapmaq istəyilə izah olunur. Lakin belə alış-verişin təhlükələrini də unutmaq olmaz.
Məlum olduğu kimi, geyinilmiş paltarlar sahibinin bədənindən mikrobları, göbələkləri, virusları udur.
Əgər əşyalar satışdan əvvəl və satın alındıqdan sonra kifayət qədər dezinfeksiya edilməzsə, bütün bu mikroflora yeni sahibinə miras qala bilər.
Xüsusilə, istifadə olunan əşyaların tərkibində stafilokokk infeksiyalarına səbəb olan bakteriyalar, papilloma kimi viruslar var.
İstifadə olunmuş paltarların tərkibində həmçinin dəri və qan infeksiyalarına səbəb olan salmonella, "E koli", norovirus və rotavirus kimi mikroblar, həmçinin ayaq qurdlarına səbəb ola bilən göbələklər ola bilər.
Yeni alınmış ikinci əl paltarları təxminən 60°C temperaturda yuyucu vasitə ilə yumaq tövsiyə olunur. Bu, yalnız kir və xüsusi qoxuları aradan qaldırmayacaq, həm də mikrobları və patogenləri məhv edəcək. Yuyunduqdan sonra bütün zərərli bakteriya və mikroblardan xilas olmaq üçün paltarlarınızı ütüləmək tövsiyə olunur.