AZ

Roma Papası XIV Leo süni intellektin təsirləri ilə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

“Süni intellekt heç vaxt insan yaddaşı kimi yaradıcı və dinamikola bilməyəcək.”

Trend xəbər verirki, Roma Papası XIV Leo süni intellektin cəmiyyətə mümkün təsirləriilə bağlı çıxışında bu texnologiyanın imkanlarının insan yaddaşı vəyaradıcılığı ilə müqayisədə məhdud olduğunu bildirib.

Papa qeyd edib ki, süni intellekt nə qədər inkişaf etsə də,bəşər övladının yaradıcı potensialını və mənəvi dəyərlərini əvəzedə bilməz. O, cəmiyyətə sağlam, balanslı və gələcək nəsillər üçünfaydalı həyat tərzi seçməyi tövsiyə edib.

“Unutmaq olmaz ki, süni intellekt insanlığa xidmət edən birvasitə olmalıdır. Onun insanın rolunu azaldacaq və ya onu əvəzedəcək bir alətə çevrilməsinə yol verilməməlidir. Şəxsi həyatistənilən alqoritmdən üstündür. Sosial münasibətlər isə ruhsuzmaşınların proqramlaşdırdığı sxemlərdən qat-qat geniş vədəyərlidir”, – deyə katolik kilsəsinin başçısı əlavə edib.

Seçilən
32
az.trend.az

1Mənbələr