AZ

Barselona nın yeni futbolçusu evdən çıxmağa qorxur

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Barselona"nın yeni qapıçısı Joan Qarsiya Kataloniyanın digər klubu "Espanyol"dan transfer olunduqdan sonra onun telefonuna çoxsaylı təhdidlər və naməlum nömrələrdən zənglər gəlməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Məlumata görə, qapıçı tətildə olmasına baxmayaraq, evindən çıxmamaq və yalnız bir neçə dostuna baş çəkmək qərarına gəlib. Qarsiya telefon nömrəsini də dəyişib. Bundan əlavə, o, təhlükəsizlik səbəbi ilə keçmiş komanda yoldaşının ad günündə iştirakdan imtina etmək məcburiyyətində qalıb.

24 yaşlı futbolçunun keçmiş klubunda heç də hamı onun "Barselona"ya keçmək qərarını yaxşı qarşılamır.

Qeyd edək ki, Qarsiya ilə "Barsa" arasında 30 iyun 2031-ci ilə qədər müqavilə imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr