AZ

Dünyanın ən yaxşı restoranı açıqlandı

Ən nüfuzlu qastronomiya reytinqlərindən biri olan “World’s 50 Best Restaurants”in 2025-ci il üçün qalibləri açıqlanıb.

Valyuta.az xəbər verir ki, CNN-in məlumatına görə, dünyanın ən nüfuzlu kulinariya reytinqi sayılan “World’s 50 Best Restaurants” siyahısında bu il Perunun paytaxtı Lima parlayıb.

Siyahının birinci pilləsində Lima şəhərində yerləşən “Maido” restoranı qərarlaşıb.

Yapon və Peru mətbəxlərinin sintezini təqdim edən “Maido” bu ilki siyahıda birinciliyə yüksəlib. Bu restoran Nikkei mətbəxini təmsil edir – bu, Yapon texnikalarının Peru mətbəxi ilə harmoniyasına əsaslanan bir kulinariya üslubudur. Şef Mitsuharu “Micha” Tsumura rəhbərlik etdiyi restoran bu nəticə ilə ötən ilki 5-ci pillədən zirvəyə qalxıb.

Tsumura mükafatı alarkən bildirib: “Bu il Maido üçün 16-cı il olur. Qastronomiya – yemək və qonaqpərvərlik möcüzələr yarada bilər. Arzuları reallığa çevirə bilər”.

İlk onluğa daxil olan restoranlar

Bundan başqa 2025-ci ilin ilk onluğunda yer alan restoranlar arasında müxtəlif qitələrdən ən prestijli mətbəxlər var:

Maido – Lima, Peru

Asador Etxebarri – Atxondo, İspaniya

Quintonil – Mexiko, Meksika

DiverXO – Madrid, İspaniya

Alchemist – Kopenhagen, Danimarka

Gaggan – Banqkok, Tailand

Sezanne – Tokio, Yaponiya

Table by Bruno Verjus – Paris, Fransa

Kjolle – Lima, Peru

Don Julio – Buenos Ayres, Argentina

Qeyd edək ki, Lima şəhəri bu il iki restoranla birinci onluqda təmsil olunub. Bunlar  həm birinci yerdəki “Maido”, həm də doqquzuncu yerdəki “Kjolle”dur.

Sərvanə Rəmixanova

Seçilən
36
valyuta.az

1Mənbələr