AZ

Tələbə kimi İstanbula gəldi, indisə... Diarra 5 milyona Avropa klubuna transfer oldu

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə birinci liqasına çıxış edən "İstanbulspor"un formasını geyinən Gaoussou Diarra karyerasında yeni səhifə açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2023-cü ildə universitet təhsili üçün İstanbula gələn və qısa zamanda, adıçəkilən komandanın diqqətini çəkən Mali vətəndaşı Gaoussou Diarra "İstanbulspor"dakı inanılmaz performansından sonra təxminən 5 milyon avro qarşılığında Niderlandın "Feyenoord" klubu ilə anlaşıb.

Məlumata görə, "Feyenoord" əgər onu başqa kluba satarsa, o zaman satış haqqının 15 faizini də "İstanbulspor"a köçürəcək.

Xatırladaq ki, "İstanbulspor"da 37 oyuna çıxan Diarra 16 qol vurub, 2 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
15
mia.az

10Mənbələr