BAKI, 23 iyun.TELEQRAF
Azərbaycan Hava Yolları (AZAL) Ürgəncə müntəzəm reysləri bərpa edir
AZAL-dan Teleqraf-a verilən məlumata görə aviaşirkət 2 avqustdan etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.
Qeyd edək ki, uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.