AZ

Rusiya, Çin və Pakistandan İranla bağlı təklif – layihə BMT TŞ üzvlərinə təqdim edildi…


Rusiya, Çin və Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ABŞ-ın İrana hücumlarını pisləyən və dərhal atəşkəsə çağıran qətnamə layihəsi hazırlayıb və üzv ölkələrə təqdim ediblər.

TASS-ın BMT-dəki mənbələrinə istinadən verdiyi xəbərə görə, layihə İrana sülhməramlı nüvə proqramının həyata keçirilməsinə təminat verilməsi müqabilində bütün çoxtərəfli və birtərəfli sanksiyaların ləğvini təklif edir.

Məlumata görə, layihə iyunun 22-də keçirilən iclasda səsverməyə çıxarılmayıb, lakin məsləhətləşmələr üçün Təhlükəsizlik Şurasının üzvləri arasında yayılıb.

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumundan sonra toplanan BMT Təhlükəsizlik Şurasındakı çıxışında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) vəziyyətlə bağlı “qərəzsiz və peşəkar” hesabat təqdim etməsini gözlədiklərini bildirib. MAQATE-nin bu hesabatı agentliyin Direktorlar Şurasının fövqəladə iclasında təqdim etməli olduğunu deyən Nebenzya Vaşinqtonun hücumunu sərt tənqid edib. ABŞ-ın bu addımı ilə “Pandora qutusunu açdığını” bildirən Rusiya nümayəndəsi Vaşinqtonun İsrailin maraqları naminə Qəzzada dinc insanların ölümünə səssiz qaldığını, hətta bütün dünyanın təhlükəsizliyini risqə atdığını bildirib.

TAHİR

Seçilən
3
baki-xeber.com

1Mənbələr