İsrailin İrana qarşı əməliyyatı zamanı İran ordusunun ballistik raket ehtiyatının əhəmiyyətli bir hissəsi məhv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
"Son 24 saat ərzində biz yüksək rütbəli hərbi komandirləri, yüksək rütbəli nüvə fiziklərini, İslam rejiminin ən mühüm uran zənginləşdirmə obyektini və onun ballistik raket arsenalının əhəmiyyətli bir hissəsini məhv etdik. Gələcəkdə daha çox şey olacaq", - deyə o bildirib.
Netanyahunun sözlərinə görə, İran hakimiyyəti İsrailin zərbəsindən sonra yönünü itirib.