AZ

İranın müttəfiqləri İraqdakı Amerika bazalarına hücum etməyə hazırlaşır

İranın müttəfiqləri ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq İraqdakı Amerika bazalarına hücum etməyə hazırlaşır.

Suriyadakı bazalara hücum da mümkündür.
Bu barədə “The New York Times” kəşfiyyat və hərbi rəsmilərə istinadən məlumat yayıb. Qəzetin mənbələrinə görə, İranı dəstəkləyən milis qruplar hələlik geri çəkilir və İraq hakimiyyəti onları bu cür hərəkətlərdən çəkindirmək üçün hər cür səy göstərir.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə kütləvi zərbə endirib. İranın “Fars” xəbər agentliyinin məlumatına görə, “Fordo” obyektinə cüzi ziyan dəyib. MAQATE heç bir radiasiya emissiyası olmadığını bildirib. İran prezidenti Məsud Pezeşkian deyib ki, ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə görə cavab verməlidir.

//Samir Qurbanov, Editor.az 

Seçilən
41
50
editor.az

10Mənbələr