AZ

İran ordusu: ABŞ-ninnüvə obyektlərinə hücumu tamamilə nəticəsiz oldu

BAKI, 23 iyun. TELEQRAF

ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum heç bir real nəticə verməyib.

Teleqraf xəbər verir ki,bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, ABŞ tərəfinin zərbələri nə strateji obyektlərə ciddi ziyan vurub, nə də İranın nüvə proqramına təsir göstərib:
“ABŞ-nin hücumu tamamilə nəticəsiz olub və bu, onların hərbi məqsədlərinə çatmadıqlarının açıq sübutudur”, – deyə vurğulanıb.

İran rəsmiləri əlavə ediblər ki, ölkənin müdafiə infrastrukturu və nüvə obyektləri təhlükəsizlik baxımından yüksək səviyyədə qorunur və belə cəhdlər İranın milli proqramlarını dayandıra bilməz.

Seçilən
12
teleqraf.com

1Mənbələr