AZ

Mertens futbolla vidalaşdı

"Qalatasaray"la müqaviləsi başa çatan 38 yaşlı Dris Mertens futbolla vidalaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Dris Mertens iyulun 3-də Marek Hamsiklə keçiriləcək vida matçında futbolla vidalaşacağını açıqlayıb.

AGOVV, "Utrext", PSV və "Napoli " omandalarında çıxış edən Mertens 2022-ci ilin yayında transfer olunduğu "Qalatasaray"la 3 çempionluq qazanıb.

Mertens "Qalatasaray" karyerası ərzində 136 rəsmi matçda 25 qol vurub və 44 məhsuldar ötürmə edib.

Seçilən
17
1
operativmm.az

3Mənbələr