AZ

AZAL Özbəkistanın Ürgənc şəhərinə uçuşları bərpa edir

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk reys 2 avqust tarixində həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Seçilən
6
33
azertag.az

10Mənbələr